23.1. Dəniz terminalı operatorunun anbarlarına daxil olan təhlükəli yüklərin aşırılması zamanı onların fiziki-kimyəvi xüsusiyyətləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş təhlükəli yüklərin daşınmasının, yüklənib boşaldılmasının və saxlanılmasının texniki təhlükəsizliyi tələblərinə riayət olunmalıdır.
23.2. Təhlükəli yüklər dəniz terminalının operatoruna müəyyən olunmuş qaydalar pozulmaqla təhvil verildikdə (yanlış adlandırıldıqda və nişanlandıqda, müvafiq qaydada qablaşdırılmadıqda, yaxud tələb edilən sənədlər olmadıqda) təhlükəli yükləri qəbul edərkən dəniz terminalının operatoru ona baxış keçirilməsi vasitəsilə yükün təhlükəli xarakterini dəqiqləşdirə bilmədikdə, yaxud təhlükəli yüklər və ya zəruri təhlükəsizlik tədbirləri haqqında başqa şəkildə məlumatlandırılmadıqda, dəniz terminalının operatoru limanda olan başqa yüklərə, limanda həyata keçirilən fəaliyyətə, liman infrastruktur obyektlərinə, insanların həyat və sağlamlığına təhlükə yarandığı hallarda yükgöndərənə, yaxud yükalana və ya belə yüklər barəsində qanuni əsaslarla çıxış edən başqa şəxsə vurulan zərərin əvəzi ödənilmədən belə yüklərin məhvini və (və ya) zərərsizləşdirilməsini həyata keçirir. Təhlükəli yüklərin məhvi, yaxud zərərsizləşdirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir.
23.3. Dəniz terminalı operatorunun bu Qanunun 3.1.22-ci maddəsində göstərilmiş təhlükəli yüklərin məhvi, yaxud zərərsizləşdirilməsi üzrə tədbirlərin görülməsi ilə əlaqədar çəkdiyi xərclər bu təhlükəli yüklər haqqında məlumat verməyə borclu olan şəxs tərəfindən ödənilir.