Qanunvericilik › Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 28

Maddə 28. Diplomatik xidmət əməkdaşının diplomatik xidmət stajı

Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

28.1. Diplomatik xidmət əməkdaşının diplomatik xidmət stajına aşağıdakı dövrlər daxildir:

28.1.1. diplomatik xidmət orqanlarında diplomatik vəzifələrdə xidmət dövrü;

28.1.2. diplomatik xidmətə qəbul olunarkən staj və sınaq dövrləri;

28.1.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi əsasında əlavə təhsil dövrü;

28.1.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sərəncamında olma və vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılma dövrləri;

28.1.5. məhkəmə və ya müvafiq səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş məcburi işburaxma dövrü;

28.1.6. diplomatik vəzifənin və orta əməkhaqqının saxlanılması şərtilə diplomatik xidmətdən ayrılma dövrü;

28.1.7. əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr;

28.1.8. ödənişli məzuniyyət dövrləri, o cümlədən uşağa qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət dövrü;

28.1.9. müddətli həqiqi hərbi xidmətə çağırılmazdan əvvəl diplomatik vəzifədə xidmət keçmiş və ehtiyata buraxıldıqdan sonra bilavasitə yenidən diplomatik vəzifəyə təyin edilmiş diplomatik xidmət əməkdaşının müddətli həqiqi hərbi xidmətdə olduğu dövr;

28.1.10. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göndərilmək şərtilə beynəlxalq təşkilatın orqanında iş dövrü;

28.1.11. dövlət orqanının rəhbəri və rəhbərinin müavini vəzifələrində qulluq (xidmət) illəri.

28.2. Diplomatik xidmət orqanlarında xidmət keçən və ya əvvəllər xidmət keçmiş şəxslər dövlət qulluğuna və ya dövlət qulluğunun digər xüsusi növünə qulluğa (xidmətə) qəbul edilərkən, onların diplomatik xidmət stajı həmin orqanlarda qulluq (xidmət) illərinə daxil edilir. Dövlət qulluğunda və ya dövlət qulluğunun digər xüsusi növündə qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş şəxslər diplomatik xidmət orqanlarına xidmətə qəbul edildikdə, onların qulluq (xidmət) illəri diplomatik xidmət stajına daxil edilir.

28.3. Diplomatik xidmət əməkdaşının diplomatik xidmət stajı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən hesablanır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver