5.1. Dövlət borcu müvafiq icra hakimiyyəti orqanı tərəfindən idarə olunur.
5.2. Dövlət borcunun idarə olunması prosesində aşağıdakılar yerinə yetirilir:
5.2.1. Azərbaycan Respublikasının dövlət borcalmalarının strategiyası hazırlanır;
5.2.2. borc öhdəliyinin şərtləri, maliyyə bazarlarından vəsaitlərin cəlb edilməsi imkanları qiymətləndirilir;
5.2.3. dövlət borcunun və dövlət zəmanətinin müvafiq il üçün dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilmiş yuxarı hədlərinə (limitlərinə) əməl olunması təmin edilir;
5.2.4. dövlət borcuna və dövlət zəmanəti üzrə yaranmış borca xidmət göstərilməsi və onların vaxtında qaytarılması təmin edilir;
5.2.5. dövlət borcunun və dövlət zəmanəti üzrə yaranmış borcun strukturunu təkmilləşdirmək sahəsində zəruri tədbirlər görülür;
5.2.6. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 25.3-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, dövlət borcunun təkrar maliyyələşdirilməsi və borc öhdəliklərinin təkrar strukturlaşdırılması əməliyyatları aparılır;
5.2.7. dövlət borcu və dövlət zəmanəti ilə bağlı proseslərin qanunvericiliklə müəyyən edilmiş qaydada şəffaflığı təmin edilir.
5.3. Xarici dövlət borcunun təkrar maliyyələşdirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla həyata keçirilir.