Qanunvericilik › Dövlət borcu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Dövlət borcunun yuxarı həddi (limiti)

Dövlət borcu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

6.1. Müvafiq il üçün dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanununda ölkənin sosial-iqtisadi inkişafını təmin edən dövlət proqramlarının həyata keçirilməsi ilə bağlı əlavə maliyyələşməyə tələbat və dövlət borcunun digər göstəriciləri (borcun ümumi daxili məhsula nisbəti, borcun mal və xidmətlərin ixracının həcminə nisbəti, borca xidmət xərclərinin büdcə xərclərinə nisbəti və s.) nəzərə alınmaqla aşağıdakılar müəyyənləşdirilir:

6.1.1. büdcə ili ərzində cəlb edilən daxili və xarici dövlət borcunun, habelə il ərzində veriləcək dövlət zəmanətinin məbləğinin yuxarı hədləri (limitləri);

6.1.2. əvvəlki illərdə alınmış və cari büdcə ilinin sonunadək qaytarılması nəzərdə tutulan daxili və xarici dövlət borcunun yuxarı hədləri (limitləri).

6.2. Daxili və xarici dövlət borcunun, habelə il ərzində veriləcək dövlət zəmanətinin məbləğinin yuxarı hədləri (limitləri) Azərbaycan Respublikasının milli valyutası ilə müəyyənləşdirilir.

6.3. Yeni dövlət borcalması dövlət borcunun əsas məbləğinin qaytarılmasına yönəldildikdə, bu borcalma dövlət borcunun yuxarı həddinə (limitinə) daxil edilmir.

6.4. Daxili və xarici dövlət borcunun, habelə il ərzində veriləcək dövlət zəmanətinin məbləğinin yuxarı hədləri (limitləri) yalnız müvafiq il üçün dövlət büdcəsi haqqında qanuna dəyişikliklər edilməklə artırıla və ya azaldıla bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver