24.1. Aşağıdakı hallarda müsabiqə keçirilmədən birbaşa danışıqlar əsasında səlahiyyətli orqanın qərarı ilə iddiaçı ilə dövlət-özəl tərəfdaşlığı müqaviləsi bağlanılır:
24.1.1. dövlət-özəl tərəfdaşlığı layihəsində nəzərdə tutulan dövlət xidmətini yalnız bir iddiaçı həyata keçirmək imkanına malik olduqda;
24.1.2. müdafiə və təhlükəsizlik məqsədləri ilə əlaqədar dövlət-özəl tərəfdaşlığı layihələri həyata keçirildikdə;
24.1.3. müsabiqə elan edildiyi halda daxil olmuş təkliflər bu Qanunun və müsabiqənin şərtlər toplusu ilə müəyyən edilmiş layihə təkliflərinin qiymətləndirmə meyarlarına uyğun olmadıqda və ya yalnız bir layihə təklifi daxil olduqda;
24.1.4. bu Qanunun 10.7-ci, 29-cu və 37.3-cü maddələrində nəzərdə tutulmuş hallarda.