23.1. Dövlət-özəl tərəfdaşlığı qaydalarının tələbləri nəzərə alınmaqla dövlət-özəl tərəfdaşlığı müqaviləsi ilə müəyyən edilmiş hallarda dövlət-özəl tərəfdaşlığı müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun dəyişdirilə və ya ləğv edilə bilər.
23.2. Dövlət-özəl tərəfdaşlığı müqaviləsində onun ləğvi və ya ona xitam verilməsinin nəticələri müəyyən edilməlidir. Bunlara aşağıdakılar aiddir:
23.2.1. bu Qanunun 29-cu maddəsi ilə müəyyən edilmiş nəticələr;
23.2.2. bu Qanunun 22.3-cü maddəsində nəzərdə tutulmuş kompensasiya məbləğinin müəyyən edilməsi və onun ödənilməsi qaydası;
23.2.3. dövlət-özəl tərəfdaşlığı layihəsi üzrə zəruri olan infrastruktur və əqli mülkiyyət üzərində hüquq sahibinin müəyyən edilməsi.