Qanunvericilik › Dövlət-özəl tərəfdaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 28

Maddə 28. Kreditorların hüquqlarının təminatı

Dövlət-özəl tərəfdaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

28.1. Dövlət-özəl tərəfdaşlığı müqaviləsi ilə müəyyən olunan istisnalar nəzərə alınmaqla, özəl tərəfdaş dövlət-özəl tərəfdaşlığı layihəsinin kənardan maliyyələşməsinə nail olmaq məqsədilə kreditorların xeyrinə tələblər və hüquqlar da daxil olmaqla, dövlət-özəl tərəfdaşlığı layihəsinə münasibətdə özünün mülkiyyətində olan (və ya gələcəkdə olacaq) bütün və ya hər hansı əmlakı, habelə özünün malik olduğu iştirak payları (səhmləri) üzərində Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanunu və bu sahədə münasibətləri tənzimləyən digər qanunlarla qadağan olunmayan istənilən yüklülük yarada və (və ya) öhdəliyin icrasının digər təminat üsullarından istifadə edə bilər.

28.2. Dövlət tərəfdaşı layihə şirkətində iştirak etdiyi halda, dövlət payı (səhmləri) üzərində girovun və ya digər yüklülüyün yaradılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə götürdüyü öhdəliklər nəzərə alınmaqla həyata keçirilə bilər.

28.3. Kreditorlarla birbaşa müqavilədə nəzərdə tutulduğu halda, bu Qanunun 28.1-ci maddəsində müəyyən edilmiş yüklülüyə tutma yönəldilərkən, səlahiyyətli orqan yüklü edilmiş əmlakı satınalmaqda üstünlük hüququna malik ola bilər.

28.4. Dövlət-özəl tərəfdaşlığı müqaviləsində və (və ya) kreditorlarla birbaşa müqavilədə tərəflərin razılaşdırdığı və kreditorların hüquqlarının qorunması və təmin edilməsinə dair Azərbaycan Respublikasının qanunlarına zidd olmayan digər müddəalar (dövlət-özəl tərəfdaşlığı müqaviləsinə vaxtından əvvəl xitam verildikdə kreditorlara ödənilməli olan kompensasiyalar və ya özəl tərəfdaşa edilməli olan ödənişlərin birbaşa olaraq kreditor (kreditorlar) tərəfindən alınmasına dair müddəalar) nəzərdə tutula bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver