Qanunvericilik › Dövlət-özəl tərəfdaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 29

Maddə 29. Dövlət tərəfdaşının və kreditorların dövlət-özəl tərəfdaşlığı layihəsini idarə etmək hüquqları

Dövlət-özəl tərəfdaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

29.1. Dövlət-özəl tərəfdaşlığı müqaviləsində nəzərdə tutulan risk halları yarandıqda, dövlət-özəl tərəfdaşlığı qaydalarına uyğun olaraq dövlət tərəfdaşı səlahiyyətli orqanın müəyyən etdiyi qaydada layihəni idarə etmək hüququndan istifadə edə bilər və ya bu Qanunun 24-cü maddəsinə uyğun olaraq səlahiyyətli orqan və ya onun razılığı ilə kreditor (kreditorlar) tərəfindən yeni özəl tərəfdaş təyin edilə bilər.

29.2. Kreditorlarla birbaşa müqavilədə dövlət-özəl tərəfdaşlığı layihəsinin idarə edilməsi hüququndan dövlət tərəfdaşının və ya kreditorun (kreditorlar) istifadə edəcəyinə dair müddəalar müəyyən edilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver