35.1. Səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı layihəsi, müsabiqə qalibinin seçilməsi şərtləri və meyarları, dövlət-özəl tərəfdaşlığı müqaviləsinin əsas şərtləri, dövlət-özəl tərəfdaşlığı layihələrinin hazırlanması və həyata keçirilməsi, o cümlədən dövlət-özəl tərəfdaşlığı müqaviləsi çərçivəsində davam edən və başa çatdırılmış layihələr, layihələrin icra vəziyyətinə dair hesabatlar haqqında elektron məlumat bazasını yaradır və idarə edir.
35.2. Dövlət-özəl tərəfdaşlığı müqaviləsinin tərəfləri dövlət-özəl tərəfdaşlığı müqaviləsinin surətini, ona edilən dəyişiklikləri müvafiq sənədlərlə birlikdə bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulan məlumat bazasına daxil edilməsi məqsədilə müqavilə bağlandıqdan və ya ona dəyişiklik edildikdən sonra 7 (yeddi) iş günü müddətində səlahiyyətli orqana təqdim etməlidir.
35.3. Dövlət, kommersiya və vergi sirri təşkil edən məlumatlar, habelə fərdi məlumatlar istisna olmaqla, bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulan məlumat bazası ictimaiyyətə açıq olmalıdır.