Qanunvericilik › Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 2

Maddə 2. Dövlət rüsumunun tutulduğu hallar

Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

2.0. Dövlət rüsumu aşağıdakı hallarda tutulur:

2.0.1. məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi;

2.0.2. notariuslar və dövlət orqanları tərəfindən notariat hərəkətlərinin aparılması, notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsi və onun müddətinin uzadılması;

2.0.3. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, habelə şəhadətnamələrin verilməsi;

2.0.3-1. sənədə apostil verilməsi;

2.0.4. Azərbaycan Respublikası vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsi, habelə əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, müvəqqəti olma müddətinin uzadılması barədə qərar, Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə Qaçqın vəsiqəsi və Yol sənədinin verilməsi, Azərbaycan Respublikası vətəndaşlığına qəbul, bərpa və ya vətəndaşlığından çıxma;

2.0.5. Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində konsul əməliyyatlarının aparılması;

2.0.6. standartlaşdırma və metrologiya sahəsində hüquqi hərəkətlər, ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin, əsərin, əlaqəli hüquqlar obyektinin qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlə digər hüquqi hərəkətlər, habelə icazələrin bəzi növlərinin verilməsi, nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi;

2.0.6-1. aktuari şəhadətnaməsinin verilməsi;

2.0.7. lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsi;

2.0.8. hüquqi şəxslərin dövlət qeydiyyatı və yenidən qeydiyyatı;

2.0.8-1. vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsi;

2.0.8-2. aksiz markasının və məcburi nişanlamanın verilməsi;

2.0.8-3. təmərküzləşmələrlə bağlı ərizələrin araşdırılması;

* (Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 413-VIIQD nömrəli Qanunu ilə əlavə edilmiş 2.0.8-4-cü maddə 2026-cı il dekabr 25-dən qüvvəyə minir.)

* (Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 451-VIIQD nömrəli Qanunu ilə əlavə edilmiş 2.0.8-4-cü maddə 2027-ci il yanvarın 24-dən qüvvəyə minir.)

2.0.9. qiymətli kağızların qeydiyyata alınması (özəlləşdirilmə qaydasında qeydə alınması halları istsina olmaqla) və dövlət reyestrinə daxil edilməsi;

2.0.9-1. ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi;

2.0.10. avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin verilməsi;

2.0.10-1. Avtovağzala (avtostansiyaya) pasportun verilməsi;

2.0.10-2. daşınar əşyanın ipotekasının dövlət qeydiyyatı;

2.0.10-3. avtonom nəqliyyat vasitəsinin operatoruna şəhadətnamənin verilməsi;

2.0.11. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə ipotekanın dövlət qeydiyyatı;

2.0.12. qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması, ekspertizası, materialların tətbiqi, qiymətli daşların ekspertizası və diaqnostikası.

2.0.15. Dənizçilik sahəsində şəhadətnamələrin, təsdiqnamələrin, gəmi reyestrindən çıxarışların, sertifikatların, dənizçinin qeyd kitabçasının və şəxsiyyət sənədinin verilməsi, kiçik həcmli gəmilərin qeydiyyata alınması, onlara gəmi biletinin verilməsi və texniki baxışın keçirilməsi, kiçik həcmli gəmilərin gəmi reyestrindən çıxarış verilməsi, kiçik həcmli gəmilərin sürücülərinə sürücülük vəsiqələrinin verilməsi;

2.0.16. Mülki aviasiya sahəsində icazələrin, o cümlədən şəhadətnamə, vəsiqə və sertifikatların verilməsi, tanınması və ya müddətinin uzadılması;

2.0.17. Tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlərin göstərilməsi, mövsümi (səyyari) ticarət və xidmət yerlərinin müəyyən edilməsi, habelə açıq məkanda reklam yerləşdirilməsinə icazənin verilməsi;

2.0.18-1. təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi;

2.0.18-2. tibb müəssisələrinin akkreditasiyasının keçirilməsi;

2.0.19. dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı, o cümlədən yenidən dövlət qeydiyyatı və onların qeydiyyat sənədlərində dəyişikliklərin dövlət qeydiyyatı, gigiyenik sertifikatının verilməsi.

2.0.20 malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi;

2.0.22. satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu, aksiz və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınması;

2.0.23. könüllü dövlət daktiloskopik və genom qeydiyyatının aparılması;

2.0.24. özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün şəhadətnamənin verilməsi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver