3.1. Bu Qanunla nəzərdə tutulmuş işlərin görülməsi, xidmətlərin göstərilməsi və hüquqların əldə edilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və hüquqi şəxslər dövlət rüsumunun ödəyiciləridirlər.
3.2. Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlət rüsumunun bütün növlərinin ödənilməsindən azaddır.
3.3. İnvestisiya layihələrini “Tik – idarə et – təhvil ver” modelinə uyğun həyata keçirən investorlar “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirdikləri fəaliyyətlə bağlı dövlət rüsumlarını ödəməkdən azaddırlar.