Qanunvericilik › Dövlət sirri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15

Maddə 15. Azərbaycan Respublikası vətəndaşlarının, müəssisə, idarə və təşkilatlarının, dövlət hakimiyyəti orqanlarının məlumatların məxfiliyini açmaq haqqında sorğularının icrası

Dövlət sirri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

15.1. Azərbaycan Respublikasının vətəndaşları, müəssisələri, idarələri, təşkilatları və dövlət hakimiyyəti orqanları məxfiləşdirilmiş məlumatların məxfiliyinin açılması haqqında sorğu ilə dövlət hakimiyyəti orqanlarına, müəssisələrə, idarələrə və təşkilatlara, o cümlədən dövlət arxivlərinə müraciət edə bilərlər.

15.2. Bu Qanunun 15.1-ci maddəsində nəzərdə tutulan sorğunu almış dövlət hakimiyyəti orqanı, müəssisə, idarə və təşkilat, o cümlədən dövlət arxivi sorğuya üç ay ərzində baxıb mahiyyəti üzrə əsaslandırılmış cavab verməlidir.

15.3. Əgər dövlət hakimiyyəti orqanı, müəssisə, idarə və təşkilat, o cümlədən dövlət arxivi sorğulanmış məlumatın məxfiliyini açmaq səlahiyyətinə malik deyilsə, onda sorğunu vermiş vətəndaşa, müəssisəyə, idarəyə, təşkilata, dövlət hakimiyyəti orqanına bildiriş verməklə sorğu daxil olduğu gündən ən geci bir ay müddətində bu cür səlahiyyəti olan dövlət orqanına, yaxud müvafiq icra hakimiyyəti orqanına göndərilir.

15.4. Vəzifəli şəxsin sorğuya mahiyyəti üzrə baxmaqdan boyun qaçırması qüvvədə olan qanunvericiliyə müvafiq olaraq inzibati və ya intizam məsuliyyətinə səbəb olur.

DÖVLƏT SİRRİ TƏŞKİL EDƏN MƏLUMATLAR BARƏSİNDƏ SƏRƏNCAM VERİLMƏSİ

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver