Qanunvericilik › Dövlət sirri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 16

Maddə 16. Dövlət hakimiyyəti orqanının, müəssisə, idarə və təşkilatların dövlət sirri təşkil edən məlumatları bir-birinə verməsi

Dövlət sirri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

16.1. Tabelik münasibətlərində olmayan və birgə işlər aparmayan dövlət hakimiyyəti orqanları, müəssisə, idarə və təşkilatlar dövlət sirri təşkil edən məlumatları bir-birinə bu Qanunun 9-cu maddəsinə uyğun olaraq sərəncamında müvafiq məlumatlar olan dövlət hakimiyyəti orqanının icazəsi ilə verirlər.

16.2. Dövlət sirri təşkil edən məlumatları sorğulayan dövlət hakimiyyəti orqanları, müəssisə, idarə və təşkilatlar onların mühafizəsini təmin edən şəraiti yaratmağa borcludurlar. Onların rəhbərləri dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa buraxılması üzrə müəyyənləşdirilmiş qaydalara əməl olunmamasına görə fərdi məsuliyyət daşıyırlar.

16.3. Dövlət sirri təşkil edən məlumatların müəssisə, idarə və təşkilatlara verilməsinin məcburi şərti onların bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş tələbləri yerinə yetirməsidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver