Qanunvericilik › Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Əhalinin ekoloji təhsili və maarifləndirilməsi sahəsində fəaliyyətin əlaqələndirilməsi

Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

8.1. Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları əhalinin ekoloji təhsili və maarifləndirilmənin təşkili, onun həyata keçirilməsi sahəsində öz fəaliyyətlərini əlaqələndirirlər.

8.2. Bu fəaliyyətlərin əlaqələndirilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sahələrarası komissiya yaradılır. Bu komissiyanın fəaliyyəti həmin orqanın təsdiq etdiyi əsasnamə ilə tənzimlənir.

8.3. Sahələrarası komissiyanın tərkibinə ətraf mühitin mühafizəsi, qanunvericilik, elm, təhsil, mədəniyyət, media subyektləri, iqtisadiyyat, hüquq mühafizə və digər dövlət orqanlarının, habelə tibb müəssisələrinin, bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının nümayəndələri daxil ola bilərlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver