9.1. Ekoloji təhsil və maarifləndirmə sahəsində hüquqi və fiziki şəxslərin ekoloji təhsil, ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə məsələləri üzrə məlumatlandırılması, onlara elmi-metodik məsləhətlərin verilməsi məqsədi ilə məsləhət şuraları yaradılır.
9.2. Məsləhət şuraları ekoloji təhsilin və maarifləndirmənin təşkili və icrası ilə məşğul olan müvafiq hüquqi şəxslərin, icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının nəzdində yaradılır.
9.3. Məsləhət şuralarının fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnamə ilə tənzimlənir.
III fəsil
Ekolojİ təhsİl və maarİfləndİrmə sahəsİndə standartlar və İqtİsadİ tənzİmlənmə