Yetkinlik yaşına çatmayanların:
“Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dispanserizasiyadan keçmək, dispanserizasiyanın nəticələrindən asılı olaraq tibbi göstərişlər əsasında ambulator, stasionar və ya sanatoriya-kurort şəraitində tibbi yardım almaq, dispanserizasiyanın nəticələri, o cümlədən aparılmış müayinə-müalicə tədbirləri, habelə sağlamlığının vəziyyəti haqqında tam və obyektiv məlumat almaq;
sanitariya-gigiyena tələblərinə cavab verən şəraitdə təhsil almaq və əməklə məşğul olmaq;
peşə yararlığı müəyyənləşdirilərkən dövlət büdcəsinin vəsaiti hesabına tibbi məsləhətlər almaq;
büdcə vəsaitləri hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada güzəştli şərtlərlə qidalanmaq və tibbi sosial yardım almaq hüququ vardır.
Fiziki və ya ruhi çatışmazlıqları olan yetkinlik yaşına çatmayanlar valideynlərinin və ya qanuni nümayəndələrinin müraciəti ilə sosial xidmət müəssisələrində saxlanıla bilərlər.