Qanunvericilik › Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 42

Maddə 42. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizası

Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Xəstəlik, zədələnmələr, hamiləlik, doğuş, xəstə ailə üzvünə qulluq, protezləşdirmə, sanatoriya-kurort müalicəsi zamanı və digər hallarda dövlət və qeyri-dövlət tibb müəssisələrinin müalicə həkimləri tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizası aparılır.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasında işçinin başqa işə müvəqqəti, yaxud daimi keçirilməsinin zəruriliyi və müddəti müəyyənləşdirilir, eləcə də vətəndaşın əlilliyinin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını aparan müəssisənin qərarı ilə razılaşmadıqda vətəndaş və ya onun qanuni nümayəndəsi qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver