Tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozuntuları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin səbəbinin, dərəcəsinin və müddətinin, habelə sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə olan ehtiyacının müəyyən edilməsidir.
Tibbi-sosial ekspertizanın təşkili və aparılma qaydası “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.