Qanunvericilik › Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 45

Maddə 45. Məhkəmə-tibb ekspertizası

Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Məhkəmə-tibb ekspertizası qanunvericilikdə müəyyən edilmiş qaydada təyin edilir və müvafiq icra hakimiyyəti orqanının xüsusi tibbi ekspertiza müəssisəsində aparılır.

Vətəndaşın, yaxud onun qanuni nümayəndəsinin ekspertizada iştirak etmək məqsədilə müvafiq mütəxəssisin onun razılığı ilə ekspert komissiyasına əlavə olaraq daxil olması üçün ekspertizanı təyin edən təşkilat qarşısında vəsatət qaldırmaq hüququ vardır.

Məhkəmə-tibb ekspertizasının təşkili və aparılması qaydaları qanunvericilikdə müəyyən edilir.

Vətəndaş və ya onun qanuni nümayəndəsi məhkəmə-tibb ekspertizası aparan müəssisənin rəyi ilə razılaşmadıqda qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.

VIII fəsil

Tİbb və əczaçılıq İşçİlərİnİn hüquqları və sosİal müdafİəsİ

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver