Qanunvericilik › Ekoloji təmiz kənd təsərrüfatı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. Ekoloji müşahidə və akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar

Ekoloji təmiz kənd təsərrüfatı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

12.1. Ekoloji müşahidə üzrə orqanlar dövlət və ya xüsusi mülkiyyətdə olan hüquqi şəxslərdən ibarət olmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən akkreditasiya olunurlar.

12.1-1. Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.

12.2. Ekoloji müşahidə üzrə akkreditasiya edilmiş orqanlar və akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar aşağıdakı tələblərə cavab verməlidirlər:

12.2.1. kənd təsərrüfatı və qida məhsullarının, xammalın, torpaq, su, hava, pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələrin, dərman vasitələrinin laboratoriya analizi üçün müasir avadanlıqlarla və ləvazimatlarla təchiz olunmuş laboratoriyalara və peşəkar mütəxəssislərə malik olmalı;

12.2.2. ekoloji təmiz kənd təsərrüfatı istehsalçılarından asılılığı olmamaqla ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və dövriyyəsi ilə məşğul olmamalı.

12.3. Ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə qaydaları və akkreditasiya olunmuş orqanların funksiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver