Qanunvericilik › Ekoloji təmiz kənd təsərrüfatı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15

Maddə 15. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının marketinqi və satışı

Ekoloji təmiz kənd təsərrüfatı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

15.1. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının satışı məhsulun istehsalçıdan istehlakçıya doğru hərəkəti üzrə müvafiq funksiyanı yerinə yetirən səmərəli marketinq strategiyasının formalaşdırılması vasitəsi ilə həyata keçirilir.

15.2. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsulları bazarında səmərəli marketinq strategiyasının formalaşmasının əsasını istehsalın həcmi və əmtəəlik səviyyəsi, məhsulların tez xarab olması xüsusiyyəti, satış bazarlarının yerləşmə məsafəsi, daşınma, saxlanma, satışın təşkili xərclərinin səviyyəsi və s. məlumatlar təşkil edir.

15.3. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınmış və ya təsdiq edilmiş qida zənciri obyekti (subyekti) tərəfindən istehsal olunmuş və ya idxal olunmuş məhsullarına idxal sağlamlıq aktı verilmiş ekoloji təmiz kənd təsərrüfatı və qida məhsulları ekoloji təmiz məhsul kimi satışa çıxarıla bilər.

15.4. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının dövriyyəsi ilə məşğul olan hər bir şəxs onların ənənəvi üsullarla istehsal edilmiş məhsullarla qarışmamasına və məhsulların spesifikliyinin qorunmasına məsuliyyət daşıyır.

15.6. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının dövriyyəsi beynəlxalq standartların və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver