Qanunvericilik › Ekoloji təmiz kənd təsərrüfatı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 18

Maddə 18. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının idxalı və ixracı

Ekoloji təmiz kənd təsərrüfatı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

18.1. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının idxalı və ixracı Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

18.2. Azərbaycan Respublikasında ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının idxalını və ixracını “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınmış və ya təsdiq edilmiş qida zənciri obyektləri (subyektləri) həyata keçirirlər.

18.3. Azərbaycan Respublikasına satış məqsədilə ekoloji təmiz kənd təsərrüfatı və qida məhsulları aşağıdakı tələblərə cavab verdikdə idxal oluna bilər:

18.3.1. idxal olunan ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının minimum keyfiyyəti və təhlükəsizliyi qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olduqda;

18.3.3. idxal edilən məhsulun ekoloji təmiz kənd təsərrüfatının tələblərinə uyğun istehsal olunduğunu təsdiq edən sənədləri olduqda;

18.3.4. idxal edilən məhsulun “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş sənədləri və fitosanitar sertifikatları olduqda.

18.4. Azərbaycan Respublikasına idxal edilən ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının etiketi üzərində onların istehsalı prosesində genetik modifikasiya olunmuş orqanizmlərdən və onların törəmələrindən istifadə edilməməsi haqqında məlumat göstərilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver