Qanunvericilik › Ekoloji təmiz kənd təsərrüfatı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 17

Maddə 17. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının saxlanması və daşınması

Ekoloji təmiz kənd təsərrüfatı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

17.1. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının saxlanması və daşınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

17.2. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsulları saxlanma yerlərində (anbarlarda, soyuducularda) ənənəvi üsullarla istehsal edilmiş məhsullarla qarışdırılmamalı və icazə verilməyən maddələrlə çirkləndirilməməlidir.

17.3. Ehtiyac yarandığı hallarda ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının saxlanmasında qanunvericiliklə nəzərdə tutulan qaydada istilik, nəmlik, təzyiq və icazə verilən qaz mühitindən istifadə oluna bilər.

17.4. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının yararlılıq müddətində məhsulun minimum keyfiyyətinə və təhlükəsizliyinə mənfi təsir göstərəcək maddələrdən və qeyri-təbii metodlardan istifadə olunmasına yol verilmir.

17.5. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının dövriyyəsi prosesində anbarlarda saxlanılan bütün məhsullara dair məlumatların mütəmadi qeydiyyatı aparılır, məhsulların keyfiyyəti ekoloji müşahidə və akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən müntəzəm yoxlanılır və aparılmış qeydlərin bir nüsxəsi həmin məhsulu saxlamağa məsul şəxslərə verilir, digərləri isə ekoloji müşahidə və akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlarda saxlanılır.

17.6. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının daşınmasında istifadə edilən nəqliyyat vasitələri və avadanlıqlar məhsulların dağılmasına, qarışmasına, keyfiyyətinin pisləşməsinə şərait yaratmamalı, habelə ekoloji müşahidə aparılmasına imkan verməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver