Qanunvericilik › Ekoloji təmiz kənd təsərrüfatı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Ekoloji təmiz kənd təsərrüfatının dövlət tənzimlənməsi

Ekoloji təmiz kənd təsərrüfatı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

5.0. Ekoloji təmiz kənd təsərrüfatının tənzimlənməsində dövlətin vəzifələri aşağıdakılardır:

5.0.1. ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, sertifikatlaşdırılması, dövriyyəsini, utilizasiyasını tənzimləyən normativ hüquqi aktlar təsdiq etmək və inkişafına dair xüsusi layihələr hazırlamaq;

5.0.3. ekoloji təmiz kənd təsərrüfatı sahəsində mövcud olan texniki normativ hüquqi aktların beynəlxalq normalara uyğunlaşdırılmasını təmin etmək;

5.0.4. ekoloji təmiz kənd təsərrüfatında tətbiqinə icazə verilən qeyri-təbii və tətbiqi qadağan edilən təbii vasitələrin siyahısını təsdiq etmək;

5.0.5. ekoloji təmiz kənd təsərrüfatına keçidə dair qaydaları və bu fəaliyyətlə məşğul olmaq istəyən subyektlərin üzərinə düşən öhdəlikləri müəyyən etmək;

5.0.6. ekoloji təmiz kənd təsərrüfatı subyektlərinin təşkil edilməsinə yardım etmək, bu sahədə sahibkarlıq fəaliyyətini həyata keçirən təsərrüfat subyektlərinin uçotunu aparmaq və onlar tərəfindən normativ hüquqi aktların tələblərinin yerinə yetirilməsinə, aqroekosistemin monitorinqinə dövlət nəzarətini həyata keçirmək;

5.0.7. ekoloji təmiz kənd təsərrüfatında istifadəsi qadağan olunan maddələrin və orqanizmlərin təyin edilməsi üçün müasir avadanlıqlar və ləvazimatlarla təchiz edilmiş müvafiq laboratoriyaların təşkilinə, mütəxəssislərin hazırlanmasına köməklik göstərmək;

5.0.8. ekoloji təmiz kənd təsərrüfatı sahəsində ekoloji müşahidə orqanları və uyğunluğu qiymətləndirən qurumları və onların səlahiyyətlərini müəyyən etmək, onlara akkreditasiya attestatı vermək;

5.0.9. ekoloji müşahidə üzrə akkreditasiya olunmuş orqanların uçotunu və akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların reyestrini aparmaq və onların fəaliyyətinə nəzarət etmək;

5.0.10. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilmiş qurumların akkreditasiya tələblərinə cavab vermədiyi aşkar edildikdə akkreditasiya attestatının qüvvəsinin müvəqqəti dayandırılması və ya uyğunluğu qiymətləndirən qurum tərəfindən müəyyən edilmiş nöqsanların bildirişdə göstərilən müddətdə aradan qaldırılmaması halında nöqsanın xarakterindən asılı olaraq, akkreditasiya sahəsinin məhdudlaşdırılması və ya akkreditasiya attestatının ləğvi barədə qərar qəbul etmək;

5.0.11. ekoloji təmiz kənd təsərrüfatı sahəsində elmi-tədqiqat işlərinin aparılmasını və kadr potensialının formalaşmasını nəzarətdə saxlamaq və planlaşdırılmasını həyata keçirmək;

5.0.12. ekoloji təmiz kənd təsərrüfatı sahəsində əhalinin maarifləndirilməsi və təhsili işini, informasiyanın yayılmasını təşkil etmək;

5.0.13. ekoloji təmiz kənd təsərrüfatına keçən təsərrüfat subyektlərinin fəaliyyətinin stimullaşdırılması barədə təkliflər hazırlayıb müvafiq icra hakimiyyəti orqanına təqdim etmək;

5.0.14. ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının emalı müəssisələrinin texnoloji avadanlıqlarını qeydiyyata almaq;

5.0.14-1. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının istehsalı üçün istifadə olunan bütün avadanlıq və vasitələrə dair texniki normativ hüquqi aktların (habelə onların təkmilləşdirilməsinin) hazırlanmasını və təsdiq edilməsini həyata keçirmək;

5.0.15. ekoloji təmiz kənd təsərrüfatı və qida məhsulları bazarının formalaşmasına yardım etmək;

5.0.16. ekoloji təmiz kənd təsərrüfatı sahəsində beynəlxalq əməkdaşlıqda Azərbaycan Respublikasını təmsil etmək, qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver