Qanunvericilik › Ekoloji təmiz kənd təsərrüfatı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Ekoloji təmiz kənd təsərrüfatına dair tələblər

Ekoloji təmiz kənd təsərrüfatı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

6.0. Ekoloji təmiz kənd təsərrüfatı aşağıdakı tələblərə cavab verməlidir:

6.0.1. ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsiplərinə əməl olunması;

6.0.2. ekoloji təmiz kənd təsərrüfatında tətbiqinə icazə verilən vasitələr istisna olmaqla sintetik mineral gübrələrdən, pestisidlərdən, boy hormonlarından (stimulyatorlardan), qida məhsulları istehsalı prosesində istifadə edilən sintetik qida əlavələrindən, anbarların və mal-qaranın saxlandığı binaların dezinfeksiyasında ekoloji təhlükə yaradan kimyəvi vasitələrdən istifadə olunmasından imtina edilməsi;

6.0.3. ekoloji təmiz məhsul kimi sertifikatlaşdırılmış toxumlardan və əkin materiallarından ekoloji təmiz torpaqlarda istifadə olunması;

6.0.4. ekoloji təhlükə yaradan preparatlardan baytarlıq xidmətində istifadəyə yol verilməməsi;

6.0.5. ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının istehsalında genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə edilməsindən imtina edilməsi;

6.0.6. ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının emalında yalnız beynəlxalq standartlarda və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda icazə verilən təbii qida əlavələrindən istifadə olunması;

6.0.8. ekoloji təmiz kənd təsərrüfatı subyektlərində bitki və heyvan xəstəliklərinə, zərərvericilərə və alaq otlarına qarşı, habelə profilaktika məqsədi ilə kimyəvi-sintetik (süni) maddələrdən məcburən istifadə olunduğu hallarda, həmin subyektlərin ekoloji təmiz kənd təsərrüfatı subyektləri siyahısından çıxarılması və onların bərpasının bu Qanunun 10-cu maddəsində nəzərdə tutulmuş müddətdən sonra təmin edilməsi;

6.0.9. kimyəvi-sintetik (süni) vasitələrdən məcburən istifadə edildiyi hallarda ekoloji təmiz kənd təsərrüfatı subyektlərində istehsal və emal olunan, həmçinin saxlanan kənd təsərrüfatı məhsullarının ekoloji təmiz kənd təsərrüfatı və qida məhsulu kimi dövriyyəsinin dayandırılması.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver