11.1. Sertifikat müraciət etmiş şəxslə Mərkəz arasında bağlanmış müqavilə və ya şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı müvafiq icra hakimiyyəti orqanının sertifikat sorğusu əsasında verilir.
11.2. Sertifikat almaq istəyən fiziki şəxs Mərkəzə onun şəxsiyyətini təsdiqləyən sənədi və qaydalarla müəyyən edilmiş digər sənədləri təqdim etməlidir.
11.3. Təkmil sertifikat almaq üçün akkreditə edilmiş mərkəzə müraciət olunmalıdır.
11.3-1. Şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı sertifikatın verilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə” ilə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Qanuna uyğun həyata keçirilir.
11.4. Sertifikat verildikdən sonra Mərkəz bu Qanuna müvafiq olaraq onun qüvvəsini dayandıra, bərpa və ləğv edə bilər.
11.5. Sertifikat qüvvəyə minənədək Mərkəz onun barəsində məlumatları reyestrə daxil edir və reyestrdə sertifikatın vəziyyətindəki sonrakı dəyişikliklərin qeydiyyatını aparır.
11.6. Sertifikatın verilməsi və reyestrin aparılma qaydaları, ona daxil edilən məlumatların tərkibi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.