2.1. Maliyyə bazarı, o cümlədən sığorta və qiymətli kağızlar bazarı istisna olmaqla, bu Qanun Azərbaycan Respublikasında bütün digər sahələrdə həyata keçirilən elektron ticarətə şamil olunur.
2.2. Maliyyə bazarında, o cümlədən sığorta və qiymətli kağızlar bazarında elektron ticarətlə bağlı münasibətlər Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir.
2.3. Bu Qanun Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən notarial qaydada təsdiqlənməli və ya dövlət qeydiyyatına alınmalı olan müqavilələrə şamil edilmir.
2.4. Ələt azad iqtisadi zonasında elektron ticarətin təşkili və həyata keçirilməsi ilə bağlı münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.