3.1. Elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan və digər normativ hüquqi aktlardan, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
3.2. Əqdlərin elektron formada bağlanması ilə əlaqədar məsələlər bu Qanunla və elektron sənəd dövriyyəsinə dair qanunvericiliklə, əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər isə, bu Qanunun 10-cu maddəsində nəzərdə tutulan məsələlər istisna olmaqla, mülki qanunvericiliklə tənzimlənir.