Qanunvericilik › Elektron ticarət haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4

Maddə 4. Elektron ticarətin əsas prinsipləri

Elektron ticarət haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

4.1. Azərbaycan Respublikasında elektron ticarətin hüquqi tənzimlənməsi aşağıdakı prinsiplərə əsaslanır:

4.1.1. iştirakçıların hüquq bərabərliyi;

4.1.2. iştirakçıların iradə sərbəstliyi;

4.1.3. iştirakçıların əmlak müstəqilliyi;

4.1.4. mülkiyyətin toxunulmazlığı;

4.1.5. müqavilə azadlığı;

4.1.6. sahibkarlıq fəaliyyətinin maneəsiz həyata keçirilməsi;

4.1.7. azad və ədalətli rəqabət;

4.1.8. malların, xidmətlərin və maliyyə vəsaitlərinin sərbəst hərəkəti;

4.1.9. hüquqların məhkəmədə müdafiəsinə təminat verilməsi.

4.2. Hüquqi və fiziki şəxslərin elektron ticarət sahəsində hüquq və vəzifələr əldə etməsinə və həyata keçirməsinə yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhdudiyyətlər qoyula bilər.

4.3. Elektron ticarətin həyata keçirilməsinə xüsusi razılıq (lisenziya) tələb olunmur. Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət sahələrində elektron ticarət aparıldıqda, satıcı (təchizatçı) qanunvericilikdə müəyyən edilmiş qaydada həmin fəaliyyətə xüsusi razılıq (lisenziya) almalıdır.

4.4. Hüquqi və fiziki şəxslər elektron ticarət sahəsində hüquq və vəzifələrini qanunvericiliyə və bağladıqları müqavilələrə əsasən əldə edir və həyata keçirirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver