Qanunvericilik › Ələt azad iqtisadi zonası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 27

Maddə 27. Mübahisələrin həlli qurumlarının qərarlarının icrası

Ələt azad iqtisadi zonası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

27.1. Mübahisələrin həlli qurumları tərəfindən qəbul edilən qərarlar Azad Zonada və əsas iqtisadiyyatda hər hansı bir tanınma və ya təsdiqləmə olmadan icra edilir.

27.2. Mübahisələrin həlli qurumlarının müstəsna yurisdiksiyasına aid edilən işlər istisna olmaqla, əsas iqtisadiyyatın məhkəmə və mübahisələrin digər həlli qurumları tərəfindən qəbul edilmiş qərarlar Azad Zonada icra olunur.

27.3. Xarici məhkəmə, tribunal, digər məhkəmə orqanları və ya arbitraj tərəfindən Azad Zonanın ərazisində fəaliyyətdən irəli gələn mübahisə ilə bağlı qəbul edilmiş qərarların icrası Azad Zonada həyata keçirilən fəaliyyətlə və ya orada yerləşən əmlak və aktivlərlə məhdudlaşır. Bu qərarlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında, beynəlxalq müqavilələr olmadıqda isə Azad Zona səlahiyyətli qurumunun qərarı ilə icra olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver