3.1. Azad Zonada Azad Zona qanunvericiliyi tətbiq edilir.
3.2. Azad Zonada əsas iqtisadiyyat qanunvericiliyi yalnız Azad Zona qanunvericiliyində göstərilən hallarda tətbiq edilir.
3.3. Azad Zona qanunvericiliyi ilə əsas iqtisadiyyat qanunvericiliyi arasında ziddiyyət yaranarsa, Azad Zona qanunvericiliyi tətbiq edilir.
3.4. Bu Qanun ilə daxili qaydalar arasında ziddiyyət yaranarsa, bu Qanun tətbiq olunur.
3.5. Azad Zona səlahiyyətli qurumu Azad Zona qanunvericiliyinin ingilis dilinə tərcümə edilmiş mətnlərinin autentikliyini təsdiq edir. Azad Zona səlahiyyətli qurumu tərəfindən autentikliyi təsdiq edilmiş Azad Zona qanunvericiliyi Azərbaycan dilində olan Azad Zona qanunvericiliyi ilə eyni hüquqi qüvvəyə malikdir. Azad Zona daxili qaydaları Azərbaycan və ingilis dillərində dərc olunur.