4.1. Bu Qanunun müddəaları nəzərə alınmaqla, Azad Zonada əsas iqtisadiyyatın aşağıdakı qanunvericiliyi tətbiq edilir:
4.1.1. əsas iqtisadiyyatın cinayət qanunvericiliyi;
4.1.2. əsas iqtisadiyyatın cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, o cümlədən hədəfli maliyyə sanksiyaları haqqında qanunvericiliyi.