Qanunvericilik › Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15

Maddə 15. Sığorta haqlarının ödənişinin təmin edilməsi

Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

15.1. Sığorta haqlarını vaxtında və ya tam ödəməyən iştirakçı bank Fonda dəbbə pulu (penya) ödəyir.

15.2. Dəbbə pulu sığorta haqlarının ödənişinin hər bir gecikdirilən günü üçün əvvəlki hesabat dövründə iştirakçı bank tərəfindən ödənilmiş sığorta haqlarının 0,5 faizi həcmində hesablanır.

15.3. Sığorta haqları və dəbbə pulu 30 gün ərzində ödənilmədikdə, dəbbə pulunun hesablanması dayandırılır və Fond həmin vəsaitlərin iştirakçı bankın müxbir hesablarından tutulması üçün qanunvericiliyə müvafiq qaydada tədbirlər görür.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver