Qanunvericilik › Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14

Maddə 14. İştirakçı bankların əlavə haqları

Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

14.1. Bu Qanunda nəzərdə tutulmuş hallarda Fond tərəfindən borc vəsaitləri cəlb edildikdə, iştirakçı banklar Fondun öhdəlikləri tam yerinə yetirilənədək, təqvim haqları ilə yanaşı əlavə haqlar ödəyirlər. Əlavə haqlar Fondun götürdüyü borcun məbləğindən və qaytarılması şərtlərindən asılı olaraq, lakin qorunan əmanətlərin rüb ərzində orta günlük qalıq məbləğinin 0,1 faizi həcmindən çox olmamaq şərti ilə ödənilir.

14.2. Əlavə haqların hesablanması və ödənilməsi qaydaları Himayəçilik Şurasının qərarı ilə təsdiq edilir.

14.3. İştirakçı bankın əmanətləri cəlb etmək hüququ Mərkəzi Bank tərəfindən dayandırıldıqda, bank əmanətçilər qarşısında öhdəliklərini tam icra edənədək Fonda əlavə haqq ödəyir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver