1. Daxili intizam qaydalarına aşağıdakılar daxil edilir: a) müəssisənin adı, fəaliyyət növü, hüquqi ünvanı v ə ya fiziki şəxs olan işəgötürənin soyadı, adı və atasının adı, fəaliyyət növü, ünvanı; b) iş vaxtının, nahar və digər istirahət fasilələrinin başlandığı və qurtardığı saatlar; c) növbə cədvəlləri və onun tənzimlənməsi qaydaları; ç) əmək şəraitinin təmin edilməsi qaydaları; d) əmək və icra intizamının, əmək vəzifələrinin yüksək səviyyədə yerinə yetirilməsində fərqlənmiş işçilərin, əmək kollektivlərinin mükafatlandırılması şərtləri və qaydaları; e) əmək və icra intizamını pozmuş işçilərə əlavə intizam tənbehi tətbiq edilməsinin şərtləri və qaydaları; ə) bu Məcəllənin 2-ci maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmayan digər şərtlər və qaydalar. 2. Müəyyən müəssisələr birliyinə daxil olan müəssisələr üçün qəbul edilən daxili intizam qaydalarında bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlarla yanaşı, həmin qaydaların şamil edildiyi müəssisələrin adları sadalanmaqla əlavə əmək şəraitinin yaradılmasına, əmək və icra intizamının təmin edilməsinə dair qanunvericiliyə uyğun olan digər məlumatlar da göstərilməlidir.
Qanunvericilik › Azərbaycan Respublikasının Əmək Məcəlləsi › Maddə 183
Maddə 183. Daxili intizam qaydalarının məzmunu
Azərbaycan Respublikasının Əmək Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Bu maddə sizin işinizə necə tətbiq olunur?
Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.
Sual ver