1. Tibbi rəyə uyğun olaraq hamilə qadınlar üçün hasilat və ya xidmət norması azaldılır, yaxud onlar zərərli istehsal amillərinin təsirini istisna edən daha yüngül işə keçirilirlər. 2. Yaş yarımına çatmamış uşağı olan qadınlar, əmək funksiyasını yerinə yetirməklə yanaşı uşağını yedizdirməkdə və ya əmizdirməkdə çətinlik çəkirlərsə, işəgötürən qadının ərizəsi ilə onu uşağı yaş yarımına çatanadək başqa yüngül işə keçirməlidir və ya uşağının yedizdirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin etməlidir. 2-1. Bu Məcəllənin 211-ci maddəsinin 1-ci hissəsinin be ş inci və alt ı nc ı abzaslar ı nda nəzərdə tutulan hallar ba ş verdikdə həmin hallar aradan qalxanadək i ş əg ö t ü rən hamilə və ya bir ya şı na ç atmam ış u ş a ğı olan qad ı nlar ı y ü ng ü l i ş ə ke ç irməlidir. 3. Qadınlar bu maddədə nəzərdə tutulmuş hallarda başqa yüngül işə keçirilərkən onların əsas vəzifələri üzrə orta əmək haqqı saxlanılır. 4. Hamiləlik və ya uşağının yedizdirilməsi səbəblərinə görə qadınların əmək haqqının azaldılması qadağandır.
Qanunvericilik › Azərbaycan Respublikasının Əmək Məcəlləsi › Maddə 243
Maddə 243. Hamilə və yaş yarımadək uşaqlı qadınların daha yüngül işə keçirilməsi
Azərbaycan Respublikasının Əmək Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Bu maddə sizin işinizə necə tətbiq olunur?
Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.
Sual ver