QanunvericilikAzərbaycan Respublikasının Əmək Məcəlləsi › Maddə 307

Maddə 307. İşçilərin sosial sığorta münasibətlərinin tənzimlənməsi

Azərbaycan Respublikasının Əmək Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. İşçilərin sosial sığorta olunması prinsipləri, sosial sığorta hadisələri və onların müəyyən edilməsi, sosial sığorta üzrə ödəmələrin növləri, sosial sığortanın iştirakçılarının hüquq və vəzifələri, məcburi dövlət sosial sığorta haqqı, ödəmələrin təyin edilməsinin şərtləri və qaydası, vəsaitlərin mənbələri, könüllü və əlavə sığorta üzrə ödəmələrin növləri, habelə sosial sığorta sahəsində digər münasibətlər bu Məcəllə ilə, “ Sosial sığorta haqqında ” və “ Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında ” Azərbaycan Respublikasının qanunları və onların əsasında qəbul edilmiş başqa normativ hüquqi aktlarla tənzimlənir. 2. Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisələrdə və ya fiziki şəxs olan işəgötürənlərin yaratdıqları iş yerlərində əmək müqaviləsi bağlayaraq çalışan əcnəbilər, vətəndaşlığı olmayan şəxslər sığorta olunması üçün müvafiq haqq ödəməklə bu Məcəllə ilə müəyyən olunmuş şərtlərlə və qaydada sosial sığorta olunmaq hüququna malikdirlər. 3. Sığorta olunmuş işçinin dövlət sosial sığorta sistemində fərdi uçotu “ Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında ” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir, habelə ona “ Sosial sığorta haqqında ” Azərbaycan Respublikas ı n ı n Qanununa uy ğ un olaraq s ığ orta ş əhadətnaməsi (polisi) verilir. 4. İşçilərin sosial sığorta hüquqlarını məhdudlaşdıran və ya pozan hər hansı fiziki şəxs qanunvericilikdə Maddə 307. İşçilərin … orta ş əhadətnaməsi (polisi) verilir. 4. İşçilərin sosial sığorta hüquqlarını məhdudlaşdıran və ya pozan hər hansı fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyətə cəlb olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver