QanunvericilikAzərbaycan Respublikasının Əmək Məcəlləsi › Maddə 36

Maddə 36. Kollektiv sazişin tərəfləri

Azərbaycan Respublikasının Əmək Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Kollektiv saziş aşağıdakı tərəflər arasında bağlanıla bilər: a) Baş kollektiv saziş – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), həmkarlar ittifaqlarının və işəgötürənlərin ümumrespublika (respublika) birlikləri arasında; b) Sahə (tarif) kollektiv sazişi — müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), həmkarlar ittifaqlarının peşələr, sahələr üzrə birlikləri arasında; c) Ərazi (rayon) kollektiv sazişi — müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), həmkarlar ittifaqlarının ərazi birlikləri arasında. 2. Sahə və Ərazi kollektiv sazişləri üçtərəfli — müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), həmkarlar ittifaqları birlikləri və işəgötürənlərin nümayəndəli orqanları (birlikləri) arasında bağlanıla bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver