1. Kollektiv sazişin məzmunu tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir. 2. Tərəflər kollektiv sazişə aşağıdakı öhdəlikləri daxil edə bilər: a) müvafiq sahələrin, müəssisələrin və fiziki şəxs olan işəgötürənlərin iqtisadi və təsərrüfat fəaliyyətinin yaxşılaşdırılması tədbirlərinin müəyyən edilməsi və həyata keçirilməsi; b) orta əmək haqqının artım səviyyəsinin inflyasiyaya uyğun təmin edilməsi; c) əmək normalarının və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi; ç) kompensasiya və əmək haqqına əlavələrin (dövlət tərəfindən müəyyən olunmuş miqdardan az olmamaq şərtilə) məbləğinin müəyyən edilməsi; d) əməyin mühafizəsi üzrə zəruri tədbirlərin həyata keçirilməsi; e) daha əlverişli əmək şəraitinin müəyyən edilməsi; ə) məşğulluğa kömək göstərilməsi; f) təsərrüfatçılığın mütərəqqi forma və üsullarının inkişaf etdirilməsi; g) müəssisələrdə və ya fiziki şəxs olan işəgötürənlərin yaratdıqları iş yerlərində qabaqcıl texnika və texnologiyanın, elmi-texniki tərəqqinin digər nailiyyətlərinin tətbiqi; ğ) tələbata uyğun və rəqabət qabiliyyətli məhsulların istehsalı; h) ekoloji təhlükəsizliyin təmin edilməsi; x) müəssisənin bağlanması və işçilərin kütləvi surətdə işdən azad edilməsi hallarından imtina edilməsi, işdən çıxarılma hallarının qarşısını ala biləcək tədbirlərin görülməsi; ı) işçilərin və onların ailə üzvlərinin sosial müdafiəsi üzrə xüsusi tədbirlərin görülməsi; i) əlilliyi olan işçilərin, gənclərin (yeniyetmələrin Maddə 38. Kollektiv … si; ı) işçilərin və onların ailə üzvlərinin sosial müdafiəsi üzrə xüsusi tədbirlərin görülməsi; i) əlilliyi olan işçilərin, gənclərin (yeniyetmələrin) əməyindən istifadə etməklə əlavə iş yerləri yaradan müəssisələrə və ya fiziki şəxs olan işəgötürənlərə güzəştlərin müəyyən olunması; j) əmək intizamının təmin edilməsi.
Qanunvericilik › Azərbaycan Respublikasının Əmək Məcəlləsi › Maddə 38
Maddə 38. Kollektiv sazişin məzmunu
Azərbaycan Respublikasının Əmək Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Bu maddə sizin işinizə necə tətbiq olunur?
Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.
Sual ver