QanunvericilikAzərbaycan Respublikasının Əmək Məcəlləsi › Maddə 59

Maddə 59. Başqa işə keçirmə

Azərbaycan Respublikasının Əmək Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. İşçinin başqa işə keçirilməsinə onun razılığı ilə əmək müqaviləsinə dəyişiklik edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. 2. İşçinin başqa işə keçirilməsi dedikdə, işçi tərəfindən əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsi başa düşülür.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver