Qanunvericilik › Azərbaycan Respublikasının Əmək Məcəlləsi › Maddə 76-1

Maddə 76-1. Əmək münasibətlərinə xitam verilməsinin işçilərin pay (səhm) iştirakı planı haqqında müqaviləyə təsiri

Azərbaycan Respublikasının Əmək Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

76-1.1. İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilədə işçi ilə əmək münasibətlərinə xitam verildikdə, həmin xitamın əsaslarından asılı olaraq işçinin paya (səhmə) olan hüquqlarına və ya əldə etdiyi paylara (səhmlərə) fərqli hüquqi nəticələr nəzərdə tutula bilər.

76-1.2. Bu Məcəllənin 69-cu maddəsi, 70-ci maddəsinin “a”, “b”, “d” və “e” bəndləri, 73-cü maddəsi, 74-cü maddəsinin birinci hissəsinin “a”, “b”, “c”, “d”, “e” və “ə” bəndləri ilə əmək müqaviləsinə xitam verilməsi hallarında işçinin əldə edilməmiş paya (səhmə) olan hüquqlarının hamısının və ya bir hissəsinin əldə edilmiş hesab edilməsi və ya əldə edilmiş payların (səhmlərin) ədalətli bazar dəyəri ilə kommersiya hüquqi şəxsə və ya təsisçiyə (iştirakçıya) geri satılması öhdəliyi nəzərdə tutula bilər.

76-1.3. Bu Məcəllənin 70-ci maddəsinin “c” və “ç” bəndləri, 74-cü maddəsinin birinci hissəsinin “ç” və “f” bəndləri ilə əmək müqaviləsinə xitam verilməsi hallarında işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilədə işçinin bütün əldə edilməmiş paya (səhmə) olan hüquqlarını itirməsi və ya əldə etdiyi payları (səhmləri) nominal və ya daha aşağı dəyərlə kommersiya hüquqi şəxsə və ya təsisçiyə (iştirakçıya) geri satılması ilə bağlı hüquqi nəticələr nəzərdə tutula bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver