Qanunvericilik › Əmtəə birjası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Əmtəə birjasının üzvləri

Əmtəə birjası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Birjanın nizamnamə fondunun yaradılmasında iştirak edən və (və ya) birjanın nizamnaməsi ilə müəyyənləşdirilmiş qaydada üzvlük haqqı və ya digər məqsədli ödənişlər verən hüquqi və fiziki şəxslər birjanın üzrü sayılır.

2. Aşağıdakılar birjanın üzvü ola bilməzlər: bu və ya digər əmtəə birjasının qulluqçuları;

rəhbərləri birjanın qulluqçusu olan müəssisə və təşkilatlar;

ali və yerli dövlət hakimiyyəti və idarəetmə orqanları;

banklar, kredit və sığorta təşkilatları;

siyasi partiyalar, həmkarlar ittifaqları, ictimai birliklər, dini və xeyriyyə təşkilatları və fondları;

qanunla sahibkarlıq fəaliyyəti hüququndan məhrum edilmiş fiziki şəxslər.

3. Birja üzvlüyünə qəbul və onun tərkibindən çıxma qaydası əmtəə birjasının nizamnaməsi ilə tənzimlənir.

Birja öz üzvlərinə müvafiq şəhadətnamə verir.

4. Birja üzvlərinin:

bu Qanuna uyğun birja ticarətində iştirak etmək;

birjanın fəaliyyəti ilə bağlı məsələlərin həllində iştirak etmək, onun rəhbər orqanlarını seçmək və ora seçilmək;

birjanın bütün xidmətlərindən istifadə etmək, habelə bu Qanunda və birjanın nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malikdir.

5. Birjanın tam və natamam üzvləri ola bilər.

Tam üzvlərin birjanın bütün bölmələrində (şöbələrində), natamam üzvlərin birjanın müəyyən bölmələrində (şöbələrində) birja ticarətində iştirak etmək hüququ vardır.

Birjanın tam və natamam üzvləri birjanın nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilmiş qaydada ümumi yığıncaqda səs hüququna malik olurlar

6. Birja üzvü birja ticarətində iştirak etmək hüququnu müəyyən müddətdə yalnız bir hüquqi, yaxud fiziki şəxsə icarəyə vermək hüququna malikdir. Bu barədə müqavilə birjada qeydiyyatdan keçməlidir. Birja ticarətində iştirak etmək hüququnun ikinci əldən icarəyə verilməsi qadağandır.

7. Birja üzvlüyünə qəbuldan imtina etmək, habelə birja üzvlüyündən xaric etmək, yaxud birja üzvlüyünü dayandırmaq qərarından müəyyənləşdirilmiş qaydada müvafiq məhkəməyə müraciət oluna bilər.

8. Birja təsisçiləri birja üzvlərinin bütün hüquqlarına malikdirlər. Onlar birjanın nizamnaməsində nəzərdə tutulan və birja ticarətində bərabərlik prinsipini pozmayan xüsusi hüquq və vəzifələrə malik ola bilərlər.

9. Birja üzvləri birja nizamnaməsinin tələblərinə, birja ticarəti qaydalarına, ümumi yığıncağın və birja komitəsinin (birja şurasının) qərarına əməl etməli, birjanın nəzarət orqanlarına müəyyənləşdirilmiş qaydada zəruri məlumatları verməli, birja fəaliyyəti haqqında məxfi məlumatları və kommersiya sirrini yaymamalıdırlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver