1. Birja təsisçilərin ümumi yığıncağında təsdiq edilmiş nizamnamə əsasında fəaliyyət göstərir. Nizamnamədə aşağıdakı məlumatlar göstərilməlidir:
birjanın adı və yerləşdiyi yer;
təsisçilərin tərkibi;
birjanın idarəetmə strukturu və nəzarət orqanı, onların funksiyaları və hüquqları, qərar qəbul etmə qaydası;
nizamnamə fondunun məbləği;
daimi fondların siyahısı və onların formalaşdırılması qaydası;
birja ticarəti qaydalarının hazırlanması və qəbulu qaydası;
birja üzvlərinin maksimum sayı;
birja üzvlüyünə qəbul, birjada üzvlüyün dayandırılması və ona xitam verilməsi qaydası;
birja üzvlərinin və birja ticarətinin digər iştirakçılarının hüquq və vəzifələri;
birja ticarəti iştirakçıları arasında yaranan mübahisələrin həlli qaydası.
2. Nizamnamədə birjanın yaradılması və fəaliyyəti ilə bağlı digər məsələlər də nəzərdə tutula bilər.