1. Birja ticarətinin iştirakçıları birja sövdələşmələrində aşağıdakı əqdləri bağlaya bilərlər:
real malın alğı-satqısına dair, o cümlədən malı dərhal vermək və ya dərhal göndərməklə, yaxud mal üzərində mülkiyyət hüququna dair sənədləri verməklə bağlanan əqdlər;
forvard əqdləri — göndərilməsi təxirə salınmaqla real malın alğı-satqısına dair əqdlər;
fyuçers əqdləri — birja əmtəələrinin göndərilməsinə dair standart bağlaşmaların (kontraktların) alğı-satqısına dair əqdlər;
opsion əqdləri — birja əmtəəsinin və ya birja əmtəəsini göndərməyə dair kontraktların gələcəkdə alğı-satqısı hüquqlarının müəyyənləşdirilmiş qiymətlərlə alğı-satqısına dair əqdlər;
birja əmtəəsinin, kontraktların və ya hüquqların alğı-satqısına dair birja ticarəti qaydalarında müəyyənləşdirilmiş digər əqdlər;
2. Birja əqdlərinin qeydə alınması və rəsmiləşdirilməsi qaydasını birja müəyyənləşdirir.
3. Birjanın adından və onun hesabına əqdlərin bağlanılması qadağandır.