Qanunvericilik › Əmtəə birjası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 17

Maddə 17. Birja vasitəçiləri

Əmtəə birjası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Birja ticarəti iki yolla— broker və diler fəaliyyəti vasitəsi ilə həyata keçirilir,

2. Birja ticarətində birja vasitəçiliyi yalnız birja vasitəçiləri tərəfindən həyata keçirilir. Broker firması (kontoru) və müstəqil brokerlər birja vasitəçiləri sayılır.

3. Azərbaycan Respublikasının bu Qanununa əsas yaradılan və fəaliyyət göstərən müəssisə broker firması sayılır.

4. Müəyyənləşdirilmiş qaydada sahibkar kimi uçota alınmış, öz fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs müstəqil broker sayılır.

5. Birja vasitəçiləri birja ticarətində fyuçers və opsion əqdlərinin bağlanılmasını verilən lisenziya əsasında həyata keçirirlər.

6. Broker firması (kontoru) və müstəqil brokerlər birja ticarətində bağladıqları birja əqdlərinin hər bir müştəri üzrə uçotunu aparmalı və bu məlumatları əqd bağlandığı gündən sonra beş il müddətində saxlamalıdır.

7. Əmtəə birjasında brokerlərin sayını birja komitəsi (birja şurası) müəyyənləşdirir.

8. Brokerlərə onların iştirakı ilə bağlanmış birja əqdlərindəki kommersiya sirlərini yaymaq, eyni zamanda mənafeləri birbirinə əqd olan iki və daha çox müştəriyə xidmət etmək qadağandır.

9. Birja vasitəçiləri ilə onların müştəriləri arasında münasibətlər müvafiq müqavilə əsasında müəyyənləşdirilir.

Birja öz səlahiyyəti daxilində birja vasitəçiləri və onların müştəriləri arasındakı münasibətləri tənzimləyə bilər, habelə müəyyənləşdirilmiş qaydaları pozduğuna görə birja vasitəçilərinə sanksiyalar tətbiq edə bilər.

10. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq birja vasitəçiləri ictimai birliklər yarada bilərlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver