Qanunvericilik › Əmtəə birjası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 18

Maddə 18. Birja ticarətində forvard, fyuçers və opsion əqdlərinin bağlanması

Əmtəə birjası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Birja ticarətində forvard, fyuçers və opsion əqdlərinin bağlanmasını təmin etmək məqsədilə birja müəyyənləşdirilmiş qaydada hesablaşma xidməti (klirinq mərkəzi) yaratmaq, yaxud bank (və ya kredit təşkilatı) ilə hesablaşma (klirinq) xidməti təşkil etmək haqqında müqavilə bağlaya bilər:

2. Klirinq mərkəzi aşağıDakı funksiyaları yerinə yetirməlidir: forvard, fyuçers və opsion əqdlərinin həyata keçirilməsinə təminat verən haqların növlərini, məbləğini və alınması qaydasını, iştirakçıların bu əqdlər üzrə öhdəliklərini tam, yaxud qismən yerinə yetirməməsi üzündən yaranmış ziyanın ödənilməsi qaydasını müəyyənləşdirmək;

forvard, fyuçers və opsion əqdlərinin müəyyənləşdirilmiş qaydada kreditləşdirilməsini və iştirakçılarının sığortalanmasını həyata keçirmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver