Qanunvericilik › Əmtəə birjası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 21

Maddə 21. Əmtəə birjalarının xarici iqtisadi fəaliyyəti

Əmtəə birjası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Bu Qanunda və Azərbaycan Respublikası ərazisində qüvvədə olan digər qanunvericilik aktlarında əmtəə birjalarına verilmiş hüquqlar daxilində birja öz fəaliyyətini təşkil etmək məqsədilə öz adından xarici hüquqi şəxslər və vətəndaşlar, habelə vətəndaşlığı olmayan şəxslərlə əməkdaşlıq barəsində sazişlər bağlaya bilər.

2. Birja öz fəaliyyətinin təşkili üçün nəzərdə tutulmuş malları birja ticarətinə çıxarmaq hüququ olmadan idxal etmək barəsində sazişlər bağlaya bilər.

3. Birja ticarətinə çıxarmaq üçün nəzərdə tutulan malların idxal və ixracını birja vasitəçiləri, yaxud onların müştəriləri qanunvericiliklə müəyyənləşdirilmiş qaydada həyata keçirə bilərlər.

4. Birjanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi qaydada mühüm məhsulların ixrac kvotalarını hərrac yolu ilə satmaq hüququ vardır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver