Qanunvericilik › Əmtəə birjası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 22

Maddə 22. Bu Qanunun pozulmasına görə sanksiyalar

Əmtəə birjası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Bu Qanunun 3-cü maddəsinin 3-cü bəndini, 6-cı maddəsinin 2-ci bəndini, 8-ci-maddəsinin 4-cü bəndini, 11-ci maddəsinin 2-ci bəndini, 15-ci maddəsinin 7-ci bəndini, 16-cı maddəsinin 3-cü bəndini, 19-cu maddəsinin 2-ci bəndini pozmuş birjaya verilmiş lisenziyanın qüvvəsi lisenziya verən dövlət orqanı tərəfindən 3 ay müddətində dayandırıla bilər.

2. Birja bu maddənin 1-ci bəndində göstərilən müddəaları pozmaqda davam edərsə, müvafiq dövlət orqanı birja ticarətinin təşkili üçün birjaya verdiyi lisenziyanı ləğv etmək hüququna malikdir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver