Birjanın aşağıdakı hüquqları vardır:
bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericiliyinə uyğun bütün birja iştirakçıları üçün məcburi sayılan birja ticarəti qaydasını müəyyənləşdirmək;
dövlət standartlarını nəzərə almaqla nümunəvi kontraktlar işləyib hazırlamaq;
gün ərzində birja əqdlərinin qiyməti birja komitəsi (birja şurası) tərəfindən müəyyənləşdirilmiş həddən çox dəyişilərsə, birja ticarətini müvəqqəti dayandırmaq;
birjada qeyri-birja əqdləri bağlanmasını həyata keçirən birja iştirakçılarına qarşı nizamnamədə nəzərdə tutulmuş sanksiyaları tətbiq etmək;
birja əqdlərində mübahisələri həll etmək üçün münsiflər məhkəməsi səlahiyyətində arbitraj komissiyası yaratmaq;
digər birjalarda, o cümlədən xarici ölkə birjalarında öz nümayəndəsini saxlamaq;
birja bülleteni, soraq kitabçaları və digər məlumat və reklam informasiyaları dərc etmək.
Birjanın aşağıdakı vəzifələri vardır:
birja ticarətinin həyata keçirilməsi üçün şərait yaratmaq;
birja üzvlərinə və iştirakçılarına təşkilati və digər xidmətlər göstərmək;
birja iştirakçılarının tələbi ilə birjada alğı-satqı obyekti olan real əmtəənin keyfiyyətinin ekspertizasını təşkil etmək.