1. Birjalar öz fəaliyyətini əlaqələndirmək, öz üzvlərinin mənafelərini qorumaq və birgə proqramları həyata keçirmək üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ittifaqlar, assosİasiyalar və digər birliklər yarada bilərlər.
Birjalar birgə ticarət təşkil etmək üçün öz aralarında sazişlər bağlaya bilərlər.
2. Bu Qanuna və Azərbaycan Respublikasının rəqabət qanunvericiliyinə zidd olan birja ittifaqlarının, assosiasiyalarının və digər birliklərinin yaradılması, habelə birjaların birja ticarətində rəqabəti məhdudlaşdırmaq məqsədi güdən sazişləri və hərəkətləri qadağandır.